
Niderland millisinin futbolçusu Deyli Blind "Ayaks"dan ayrılıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, Amsterdam klubunun yetirməsi olan Blind 2008-2014 və 2018-2022-ci illərdə bu komandada çıxış edib. O, "Ayaks"da 333 rəsmi oyun keçirib və 13 qol vurub.