
AFFA İntizam Komitəsi "Səbail" klubunu cərimələyib.
Sportnet.az-ın məlumatına görə, buna komandanın "Qarabağ"a qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XVIII tur oyununda meydana kənar şəxslərin girməsi səbəb olub.
Paytaxt təmsilçisi 1600 manat məbləğində ziyana düşüb.
Qeyd edək ki, qarşılaşma Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.