
Mövsümün ilk yarısı bitən kimi “Neftçi” ilə qarşılıqlı razılaşma əsasında yollarını ayıran Mamadu Mboc Azərbaycanı tərk etməyə bilər.
Sportnet.az "report"a istinadən xəbər verir ki, seneqallı müdafiəçi “Zirə”nin maraq dairəsinə düşüb.
Tərəflər arasında ümumi planda razılaşma əldə olunub, bir neçə xırda detalın müzakirəsindən sonra yaxın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş 29 yaşlı oyunçu 5 mövsüm ərzində 94 rəsmi görüşdə meydana çıxıb və 9 qola imza atıb. O, 2020/2022 mövsümündə Azərbaycan çempionu olub.