Fransanın PSJ klubu Liqa1-in XVII turunda səfərdə “Lans”a yenilərək (1:3) “Qarabağ”ın da yer aldığı ölkə çempionatlarının məğlubedilməzləri siyahısını tərk edib.
Sportnet az-ın məlumatına görə, hazırda cəmi 6 komanda cari mövsüm davam edən daxili birinciliklərdə uduzmayıb.
“Qarabağ” Azərbaycan Premyer Liqasında keçirdiyi 18 oyunun 16-da qələbə qazanıb, 2-də heç-heçə etməklə siyahının ikinci sırasında özünə yer edib. Ağdam təmsilçisini qələbə sayında yalnız Serbiya təmsilçisi “Srvena Zvezda” qabaqlayır. Adıçəkilən komanda “köhlən atlar”dan bir oyun çox keçirib və aktivində də 1 qalibiyyət çoxdur.
1. “Srvena Zvezda” (Serbiya) - 17 qələbə, 2 heç-heçə
2. “Qarabağ” (Azərbaycan) - 16 qələbə, 2 heç-heçə
3. TNS (Uels) - 15 qələbə, 3 heç-heçə
4. “Napoli” (İtaliya) - 13 qələbə, 2 heç-heçə
5. “Panatinaikos” (Yunanıstan) - 12 qələbə, 3 heç-heçə
6. “Atletik Eskaldes” (Andorra) - 8 qələbə, 6 heç-heçə