“Heyətə düşəcəyimə inanmasaydım, indi burada olmazdım”.
Sportnet az xəbər verir ki, bunu “Neftçi”nin paraqvaylı futbolçusu Sezar Meza Kolli klubun televiziyasına açıqlamasında deyib.
Uzunmüddətli zədədən sonra “ağ-qaralar”ın Türkiyədəki təlim-məşq toplanışına qatılan 32 yaşlı yarımmüdafiəçi ölkəsindəki bərpa dönəminin onun üçün çətin keçdiyini söyləyib: “Amma bunlar artıq geridə qaldı. Hazırda özümü yaxşı hiss edirəm, kollektivlə birlikdə olduğum üçün xoşbəxtəm. “Neftçi”nin uğurlarına töhfə vermək üçün əlimdən gələni edəcəyəm. “Neftçi”nin, demək olar ki, bütün oyunlarını izləyirdim. Kənardan baxmaq bir az çətin idi”.
Qeyd edək ki, yanvarın 20-dək Antalyada təlim-məşq toplanışında olacaq “Neftçi” 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.