Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” ilk yoxlama görüşündə minimal hesabla qalib gəlib.
Sportnet.az xəbər verir ki, Bakı klubu Rumıniya təmsilçisi “Çindia”nı 3:2 hesabı ilə məğlub edib.
Matçın ilk hissəsində komandalar hərəyə iki dəfə fərqləniblər. “Zirə”nin heyətində 15-ci dəqiqədə penaltidən Coşqun Diniyev, 18-ci dəqiqədə isə Toni Qomes fərqlənib. Hamidu Keytanın 75-ci dəqiqədə vurduğu qol həlledici olub.
Qeyd edək ki, yanvarın 18-dək Antalyada hazırlaşacaq “Zirə” ayın 17-də iki sınaq matçı keçirəcək. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv həmin gün “Szeged-Csanad” (Macarıstan) və “Radniçki” (Serbiya) ilə üz-üzə gələcək.