
“Antalya toplanışında ikinci görüşümüz idi. Əvvəlki qarşılaşmada az oynayanlara daha çox şans verməyi fikirləşmişdik".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Almaniyanın “Lukenvalde” komandasına 3:2 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
42 yaşlı mütəxəssis görüşüm futbolçular üçün faydalı olduğunu bildirib: "Bu qarşılaşma komandanı həmin ritmə daha da yaxınlaşdıracaq. Fikrimiz bu matçda gəncləri daha çox sınamaq idi. Yaxşı perspektivli futbolçularımız var. Onlar gələcəkdə komandanın əsas üzvlərinə çevrilə bilərlər. Lakin öz üzərilərində daha çox işləməlidirlər ki, həmin səviyyəyə çatsınlar”.