"Sabah" Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında sonuncu oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu komanda Serbiya "Voyvodina"sı ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 4:2.
Hesabı 3-cü dəqiqədə "Sabah"dan Davit Volkov açıb. 6-cı və 10-cu dəqiqələrdə fərqlənən Velko Simiç serbləri önə keçirib. 22-ci dəqiqədə Volkov tarazlığı bərpa edib. 46-cı dəqiqədə Aleksey İsayev "Voyvodina"nı 3-cü dəfə cəzalandırıb. Son nöqtəni isə 62-ci dəqiqədə Aleksey Kaşuk qoyub.
Qeyd edək ki, "Sabah" Antalyadakı ilk sınaq matçında Polşanın “Varta” (Poznan) klubu ilə 1:1 hesablı heç-heçə edib.