
"İlk oyundakı qələbədən sonra cavab oyununa ciddi hazırlaşmışdıq. Çünki cavab oyununun çətin keçəcəyini bilirdik". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan kubokunun yarımfinal mərhələsində "İnter" ilə cavab matçından sonra deyib.
1:2 hesabı ilə məğlub olan "ağ-qaralar" iki oyunun nəticəsinə görə finala adlayan tərəf olub. Təcrübəli mütəxəssis matç haqda sözlərinə belə davam edib: "Sevindirici haldır ki, "Neftçi” ardıcıl 4-cü dəfə kubokun finalına yüksəldi. Digər tərəfdən gənc oyunçu Rahil Məmmədovu qazandığımız üçün sevinirəm. Hazırda biz kubok görüşünü unudub, çempionat matçına hazırlaşmalıyıq”.