Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Təmkin Xəlilzadə II Liqada çıxış edən “Rəvan” klubuna keçib.
Sportnet.az xəbər verir ki, bu barədə qış fasiləsində "Zirə"dən ayrılan 30 yaşlı futbolçunun özü açıqlama verib.
Təcrübəli oyunçu futbolla vidalaşmadığını söyləyib: "Bu komandada dostlarım çıxış edir. Formada qalmaq üçün və futzala olan marağımdan bu addımı atdım. Hər hansı müqavilə imzalanmayıb. Ümumiyyətlə, böyük futbolla vidalaşmaq söhbəti yoxdur".
Qeyd edək ki, Təmkin Xəlilzadə “Zirə” ilə yanaşı, “Qarabağ”, AZAL, “Qəbələ” və “Sabah”ın da formasını geyinib. (Report)