
"Futbolçuları oyuna kökləmək çox çətin idi. Komanda avrokuboklara getmək şansını kubokda məğlub olmaqla itirmişdi". Sportnet.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XXXı turunda "Sumqayıt"la oyundan sonra "Simurq"un baş məşqçisi Georgi Çıxradze deyib.
Gürcüstanlı mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları oyun haqda bunları söyləyib: "Bu baxımdan bizim üçün çətin idi. Bütün bunlara baxmayaraq, oyuna pis başlamadıq. İkinci hissədə müdafiədə səhv etdik. Bundan sonra şanslarımız olsa da, hesabı bərabərləşdirə bilmədik”.