
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən çempionatın XXXI turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib. 
"Sumqayıt”  – "Simurq” matçında "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
	
	
"İnter” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.









                 





    
    
    
    
    
    
    
    
    





















































