
Topaz Premyer Liqasının XXXII turunda "Simurq"la qarşılaşacaq "İnter" səfər matçına itkilərlə çıxacaq. Sportnet.az-ın məlumatına görə, zədəli olan Nildo Franka, Giorgi Lomaya və Asif Məmmədovdan sonra daha bir futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.
Belə ki, ötən tur AZAL ilə matçda sarı vərəqə alan və bununla da 4 sarı vərəqə almaqla cəzalı duruma düşən Coşqun Diniyev də Zaqatalaya aparılmayacaq.
Qeyd edək ki, "Simurq" - "İnter" oyunu mayın 1-i, saat 17.00-da Zaqatala Şəhər Stadionunda oynanılacaq.