Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportnet.az xəbər verir ki, toplantıda 1-ci diviziondakı komandaların cəzaları da açıqlanıb.
29-cu turun “Zaqatala” – “Qəbələ-2” görüşü başa çatdıqdan sonra oyunun rəsmi şəxslərinə qarşı qeyri-etik ifadələr işlədən "Qəbələ-2"nin qapıçılar üzrə məşqçisi Elçin Rzazadə 5 oyunluq cəzalandırılıb. Klub isə 400 manatlıq cərimələnib.