İntizam Komitəsinin iclası keçirilib.
Sportnet.az xəbər verir ki, Premyer Liqanın XXXIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qəbələ” – “Turan Tovuz” oyununda “Qəbələ”nin futbolçusu Ürfan Abbasov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 200 manat cərimə edilib.
“Səbail” – “Qarabağ” oyununda ictimai təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə “Səbail” klubu 4000 manat cərimə edilib.
“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra kənar şəxslər meydançaya daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilib.
“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ”ın azarkeşləri pirotexniki vasitlərdən istifadə etdiyinə görə “Qarabağ” klubu 800 manat cərimə edilib.
“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra VAR sisteminin naqillərinin pirotexniki vasitənin yanması nəticəsində zədələnməsinə görə dəymiş zərər “Qarabağ” klubu tərəfindən qarşılanacaq.
“Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilib.