“Komandamı təbrik edirəm. Çox şadam ki, bu gün “Qarabağ” üzərində qələbə qazandıq”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 35-ci turunda “Qarabağ”ı səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
O, paralel keçən digər matçların da komandası üçün əhəmiyyət daşıdığını bildirib: “Premyer Liqada qalmaq baxımından bu gün təkcə öz oyunumuzun deyil, digər matçların da nəticələri bizim üçün əhəmiyyətli idi. Ancaq çox xoşdur ki, öz hesabımıza Premyer Liqada qaldıq. “Qarabağ”ı məğlub etməklə yerimizi qoruduq”.
Abasov komandasının qarşıya qoyulan məqsədə çatdığını bildirib: “Qarşıda bir matçımız qaldı. Mövsümün son oyununa da ciddi hazırlaşacağıq. Yalnız həmin matçdan sonra yeni mövsümün planları barədə düşünmək olar. Komandaya gələrkən qarşımıza qoyulan məqsəd Premyer Liqada qalmaq idi. Buna da nail olduq”.