
"Qarabağ" azarkeşləri AFFA prezidenti Rövnəq Abdullayevi fitə basıblar.
Sportnet.az-ın məlumatına görə, bu, Misli Premyer Liqasında 2022/2023 mövsümünün qaliblərinin mükafatlandırma mərasimində baş verib. "Azersun Arena"da təşkil olunmuş tədbir zamanı mükafatları PFL prezidenti Elxan Səmədov və AFFA-nın baş katibi Sərxan Hacıyevlə yanaşı, Abdullayevin də təqdim edəcəyi açıqlanıb. Bu zaman yerli fanatların fit sədaları eşidilib.