“Turan Tovuz” komandası Misli Premyer Liqasının qalibi olan “Qarabağ” üçün çempionluq dəhlizi təşkil edib.
Sportnet.az xəbər verir ki, bu, iki komanda arasındakı sonuncu - XXXVI tur oyunundan əvvəl baş verib. "Azersun Arena"dakı qarşılaşmaya ayaq basan meydan sahiblərinin futbolçuları qonaqların jestinə biganə qalmayıb. Onlar təşəkkür əlaməti olaraq, "Turan Tovuz"un hər bir futbolçusunun əlini sıxıblar.
Qeyd edək ki, görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 3:1.