"Qarabağ" futbolçusu Riçard Almeyda ilə müqaviləni yeniləyib.
Sportnet.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin yeni sözləşməsi 1 illikdir.
Qeyd edək ki, 2011-2018-ci illərdə Ağdam klubunda çıxış edən 34 yaşlı futbolçu 2019-2020 mövsümünü də "Qarabağ"da keçirib. Onun "Qarabağ"a növbəti qayıdışı 2021-ci ildə olub. Bu müddətdə Almeyda "Astana" (Qazaxıstan) və "Zirə"də də çıxış edib.
Əlavə edək ki, Almeyda 2017-ci ildə milliləşdirilərək yığmamıza cəlb edilib. Millimizdə 29 oyuna 3 qol vuran futbolçu ötən ay yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.