1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İbrahim Uzunca: “Qələbəyə ehtiyacımız vardı"
"Qələbəyə ehtiyacımız vardı. Ardıcıl oyunlarda uğursuzluğa düçar olurduq. Amma biz komandaya, futbolçulara inandıq". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının XXXII turunda "Xəzər Lənkəran"la oyundan sonra deyib.
Türkiyəli mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri matça belə şərh verib: "Çətin oyunlardan sonra futbolçularımın nə vaxtsa qələbə qazanacağı gözlənilən idi. Xüsusən də, son 3 oyunda sərgilədiyimiz futbolla uğura çatacağımıza inanırdım. Meydançada 10 nəfər qalandan sonra müəyyən mənada çətinliklərimiz oldu. Amma sonda qalib gələ bildik. Qələbəyə görə oyunçularıma təşəkkür edirəm”.