"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. İlk hissədə çox zəif oynadıq". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının XXXII turunda "Bakı" ilə oyundan sonra deyib.
43 yaşlı mütəxəssis 1:2 hesabı ilə məğlub olduqları görüş haqda qısa danışıb: "İkinci hissədə nəsə etməyə çalışdıq. Amma vəziyyəti düzəldə bilmədik. Komandadan tam narazıyam”.