"Öz komandam barədə yaxşı sözlər deyə bilərəm. Bugünkü qədər heç bir oyunda qol epizodu yaratmamışdıq. Oyundan çox razıyam. Futbolçularımla fəxr edirəm". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının XXXII turunda "Qarabağ" ilə matçdan sonra deyib.
Ukraynalı mütəxəssis 1:1 hesabı ilə bitən oyun haqda fikirlərini belə ifadə edib: "Futbolçularımın işə peşəkarlığımdan razı qaldım. Düşünmürəm ki, hansısa jestlə hakimdən narazı qaldım. Hakim özünü peşəkar apardı. 8-9 oyun əvvəl bu sualı eşitmirdim. Bundan öncə burada yox idim. Mən özüm gələndən sonra baş verənlərə cavabdehəm. Komanda komplektləşməlidir. Həm səy həm də güc baxımından. Çünki 2 yarışda çıxış edəcəyik. Futbolçular öz üzərində çalışmalıdırlar. Növbəti oyunadək futbolçuların çıxışlarına baxacağıq. Bugünkü oyunda Rəşad Sadıqov yaxşı çıxış etdi.
Avroliqaya vəsiqə qazansaq da son 3 turun oyununa motivasiyasız çıxacaq futbolçular komandamda yer almamalıdırlar."
Avroliqaya vəsiqə qazansaq da son 3 turun oyununa motivasiyasız çıxacaq futbolçular komandamda yer almamalıdırlar."