
Misli Premyer Liqasında 2023/2024 mövsümündə 12 komanda mübarizə aparacaq.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov bildirib.
O, "Zaqatala" və "Araz Naxçıvan"ın elitada çıxış edəcəyini və Premyer Liqada sonuncu yeri tutan "Şamaxı"nın da yerində qalacağını söyləyib ("Report").
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
AFFA-nın baş katibi Sərxan Hacıyev isə jurnalistlərə Elmar Məmmədyarovdan fərqli olaraq, Premyer Liqada komanda sayının artırılmadığını bildirib: “Xeyr, Premyer Liqada komanda sayı artırılmayıb. Bu məsələ əvvəldən də nəzərdə tutulmamışdı, gündəmdə də yox idi. Ola bilər, Elmar müəllim nəyisə səhv başa düşüb. Premyer Liqada 10 komanda olacaq. “Şamaxı” sonuncu yeri tutduğu üçün çempionatı tərk edir. “Araz Naxçıvan” isə Premyer Liqada mübarizə aparacaq”.