
“Qəbələ”nin 2023/24 mövsümünə hazırlıq planı müəyyənləşib.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” iyunun 24-də Qəbələdə bir araya gələcəklər. İyulun 8-dək davam edəcək hazırlıq prosesinin ilk mərhələsində 1 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
“Qəbələ” toplanışın 2-ci mərhələsini gerçəkləşdirmək üçün iyulun 10-da Türkiyəyə yollanacaq. Komanda Boluda məskunlaşacaq. Qonşu ölkədə 3 yoxlama görüşü təşkil olunacaq. Bu qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq.
“Qəbələ”nin Türkiyə toplanışının müddəti UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin iyunun 21-də keçiriləcək püşkatmasından sonra dəqiqləşəcək. Əgər “qırmızı-qaralar” ilk oyununu səfərdə keçirməli olsa, görüşə Boludan yollanacaq. Avrokubok mövsümü ev matçı ilə başlasa, “Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və hazırlıqları ölkəmizdə yekunlaşdıracaq.