
“Turan Tovuz” daha 4 futbolçusu ilə müqaviləni uzadıb.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimovla sözləşmə daha 1 il müddətinə artırıb. Onlar, 2023/2024-cü illər mövsümünün sonunadək Tovuz təmsilçisində çıxış edəcəklər.