"Deyərdim ki, güclü oyun nizam-intizamı olan bir komandaya qarşı mübarizə apardıq. "Qəbələ”nin uğurlu seriyası təsadüfi deyil". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Lqasının XXXIII turunda "Qəbələ" ilə matçdan sonra deyib.
43 yaşlı mütəxəssis 0:2 hesabı ilə məğlub olduqları oyunda futbolçularından narazı olduğunu ifadə edib: "Çox keyfiyyətli oyunçulara malik bir komandaya qarşı çıxış etdik. İlk hissədə futbolçularım sanki yatmışdılar. Çox səhvlər etdik. İkinci hissədə yaxşı mübarizə aparsaq da, bu məğlubiyyətdən qaçmaq üçün yetərli olmadı. Çalışacağıq ki, bu oyunu unudub qarşıdakı çətin matça hazırlaşaq”.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |