Türkiyə millisinin qapıçısı Altay Bayındır İngiltərənin "Mançester Yunayted" klubuna keçib.
Sportnet.az xəbər verir ki, 25 yaşlı qolkiperlə imzalanan müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Altay Bayındır son olaraq ölkəsində "Fənərbağça"nın formasını geyinib.