AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Sportnet.az xəbər verir ki, o, Serbiyada yerli “Srvena Zvezda” və İsveçrənin "Yanq Boyz" komandaları arasında keçiriləcək Gənclər Liqasının oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 4-də Belqradda gerçəkləşəcək.