Misli Premyer Liqasının 7-ci turunda "Sabah"a qarşı matçda (2:2) zədələnən "Kəpəz"in futbolçusu Olavale Onanuqanın son durumu müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə Qol.az-a Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov məlumat verib. O, MRT olunan oyunçunun topuq nahiyəsində burxulma olduğunu bildirib. Bu səbəbdən nigeriyalı yarımmüdafiəçi ən azı 2 həftə oynamayacaq.