UEFA AVRO-2024-ün seçmə mərhələsinin VIII turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi indiyədək ən çox qurtarış edən komandaların siyahısında yer alıb.
Yığmanın qapıçıları 6 görüşdə 27 seyvlə bu göstəricidə səkkizincidir.
Azərbaycan millisi qarşılaşmalar ərzində rəqibdən top "oğurlamaq"da (207 dəfə) sonuncu pillələrdədir. Komanda 52 ölkə arasında 47-cidir. Yığma qapıya zərbələrdə (45) də eyni mövqedə qərarlaşıb.
Canni De Byazinin baş məşqçisi olduğu kollektiv ötürmə dəqiqliyinə (79,7 faiz) görə yalnız 31-ci ola bilib. Təmsilçimiz vurulan qol sayında da bir çoxlarından geridədir. 6 görüşdə rəqib qapılarına 4 dəfə yol tapan milli 44-cü sıradadır.