Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" bu gün Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, Zaqreb təmsilçisi 12-ci turda səfərdə "Qorisa" ilə qarşılaşıb. Görüş meydan sahiblərinn 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mahir də bu oyunda iştirak edib. O, 63-cü dəqiqədə Yosip Drmiçin əvəzinə meydana daxil olub. 26 yaşlı hücumçu 64-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, hazırda turnir cədvəlində "Dinamo" 19 xalla 3-cü (10 oyun), eyni xalı olan "Qorisa" isə (11 oyun) 4-cüdür.
"Qorisa" - "Dinamo" - 2:1
Qollar: Vujnoviç, 70, Yuriç, 90+2 - Ademi, 63