Marino Pusiç Donetsk "Şaxtyor"un yeni baş məşqçisi təyin olunacaq.
Sportnet.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Artıq tərəflər arasında müqavilə imzalanıb. Təyinatın bu gün rəsmən açıqlanacağı gözlənilir.
52 yaşlı Pusiç son olaraq "Feyenoord"da baş məşqçi Arne Slotun köməkçisi kimi çalışıb. Onun baş məşqçi kimi yeganə təcrübə "Tvente"də 2017-2019-cu illərdə olub.
Xatırladaq ki, "Şaxtyor" baş məşqçi əvəzi Dario Srnanın rəhbərliyi altında Ukrayna çempionatının 11-ci turunda LNZ-ni məğlub edib (3:0). Donetsk klubu baş məşqçisi Patrik van Liveni istefaya göndərib.