
Bolqarıstan Futbol Federasiyası millinin baş məşqçisi Mladen Krstaiçlə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, onun müqaviləsinə vaxtından əvvəl xitam verilib.
Millinin uğursuz çıxışlarına görə bu addım atıldığı bildirilib. Serbiyalı məşqçi 2022-ci ilin iyulundan Bolqarsıtan millisini çalışdırırdı. Onun komandası artıq Avro-2024-ə vəsiqə şansını itirib.