Türkiyə kubokunda 3-cü mərhələnin oyunları keçirilir.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” 2-ci liqa təmsilçisi “Sarıyer”lə qarşılaşıb. Matç "Hatayspor"un 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Hatayspor" - "Sarıyer" - 2:0
Qollar: Strandberq, 48, Matondo, 90+1
Renat sözügedən oyunda iştirak etməyib. Onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.
"Hatayaspor" bu qələbə ilə növbəti mərhələyə yüksəlib.