"Dinamo"da çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreliyə Xorvatiya kubokunun 1/8 finalında “Oriolik”ə 8:0 hesabı ilə qalib gəldikləri matçdan sonra azarkeşlər böyük dəstək göstərib.
Sportnet.az xəbər verir ki, onlar sözügedən oyunda 1 qol və 1 qol ötürməsi verən futbolçudan avtoqraf alıblar.
Mahirin avtoqraf verərkən çəkilən fotosu da sosial şəbəkələrdə paylaşılıb.