
"Qarabağ"ın Norveçdə "Molde"yə qarşı keçirdiyi UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur matçında qeyri-adi olay baş verib.
Sportnet.az-ın məlumatına görə, 41-ci dəqiqədə belçikalı baş hakim Erik Lambrext zədələnib. Adi oyun epizodunda büdrəyərək yerə yıxılan təcrübəli referini həkimlər tibbi müayinə ediblər. Lambrextin zədəsi ciddi olmayıb və o, oyuna davam edib.
Qeyd edək ki, hazırda "Qarabağ" hesabda öndədir - 1:0.