Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportnet.az qurumun saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 15-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
“Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.
“Kəpəz” – “Sabah” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə təmsilçisi 700 manat cərimələnib.
“Qarabağ” – “Qəbələ” görüşü başa çatdıqdan sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Qarabağ" 800 manat cərimə edilib.