Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov Türkiyə Superliqasında uğursuzluq yaşayıb.
Sportnet.az xəbər verir ki, “Hatayspor”un forvardı 15-ci turda penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
“Başakşəhər”lə səfər matçında Renat komandasını məğlubiyyətdən xilas etmək imkanı qazanıb. O, qarşılaşmanın 90+9-cu dəqiqəsində 11 metrlik cərimə zərbəsini qaçırıb. Meydanı xalsız tərk edən “Hatayspor” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Qeyd edək ki, Hatay klubu növbəti tur öz meydanında “Qaziantep”lə üz-üzə gələcək. Oyun dekabrın 16-da keçiriləcək.