
Azərbaycan Premyer Liqasında 17-ci tur davam edir.
Sportnet.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilir. Əvvəlcə "Səbail" "Qəbələ"ni qəbul edib. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.
Digər oyunda isə "Araz-Naxçıvan" "Sabah"la üz-üzə gəlir. Bu oyun saat 15:00-da start götürüb.
15 dekabr (cümə)
15:00. “Araz-Naxçıvan” – “Sabah” - 2:0
Qol: Boyan Letiç, 39-avtoqol, Turan Manafov, 72
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev
“Dalğa Arena”
13:00. “Səbail” – “Qəbələ” - 3:0
Qollar: Yadin Luqasi, 18, İlkin Qırtımov, 52-avtoqol. Aleksandr Ramalinqom, 60-pen.
Qırmızı vərəqə: Samuel Tetteh, 35 ("Qəbələ")
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev
“ASCO Arena”