"Neftçi" Azərbaycan futbolu tarixində daha bir ilkə imza atıb.
Sportnet.az xəbər verir ki, "ağ-qaralar" pilot çərçivədə “Top səndə” layihəsinə start verib.
Fevralın 9-da baş tutacaq “Neftçi” – “Sumqayıt” matçında paytaxt klubunun ilk qolunun müəllifi rəqib qapısından keçirdiyi topu imzalayacaq.
İmzalı top klubun stadionda yerləşən fan mağazasında satışa çıxarılacaq. Satışdan əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.