"Neftçi" komandası 11 yaşadək futbolçular arasında Azərbaycan çempionatının qalibi olub. Sportnet.az-ın məlumatına görə, flaqman finalda "İnter"lə üz-üzə gəlib.
İlk hissə "Neftçi"nin 3:1 hesablı üstünlüyü ilə başa çatsa da, "İnter" oyunda dönüş edərək, 4:3 hesabı ilə önə keçib. Final fitinə saniyələr qalmış "Neftçi" hesabı bərabərləşdirib. Əlavə 5 dəqiqəlik hissələrdə isə daha 3 top vuran "Neftçi" U-11 Liqasının qalibi olub.