
“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la cavab oyununa itkilərlə çıxacaq.
Sportnet.az xəbər verir ki, "ağ-qaralar"ın üç futbolçusu "gənclik şəhəri" təmsilçisi ilə matçda meydana çıxmayacaq.
Qapıçı İvan Brkiç hələ də müalicə prosesini davam etdirir. Oyunçunun nə vaxt məşqləri bərpa edəcəyi 1 həftə sonra baş tutacaq müayinədən sonra müəyyənləşəcək.
Digər qolkiper Emil Balayev və Asiya Kubokunda zədələnən Ataa Caberin də müalicə və reabilitasiyası davam edir.
Kilan Lebon isə tam olaraq məşqlərə başlayıb.