UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
İspaniya "Real Madrid"i Almaniyada “Leypsiq” klubuna 1:0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu 48-ci dəqiqədə Brahim Dias vurub.
Günün digər matçında İngiltərənin “Mançester Siti” klubu səfərdə Danimarka “Kopenhagen”ini üstələyib - 3:1.
Qonaqların heyətində qolları Kevin De Brüyne (10-cu dəqiqə), Bernardu Silva (45+1) və Fil Foden (90+2) vurublar.
“Kopenhagen”dən isə 34-cü dəqiqədə Maqnus Mattsson fərqlənib.
Cavab qarşılaşmaları martın 6-da müvafiq olaraq Madrid və Mançesterdə baş tutacaq.
-------------------------
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk gündə iki oyun keçiriləcək.
Turnirin favoritləri “Mançester Siti” ilə “Real” səfər oyununa çıxacaqlar. Qitənin ən nüfuzlu klub turnirinin son qalibi olan İngiltərə təmsilçisi Danimarkada “Kopenhagen”in qonağı olacaq.
İspaniya nəhəngi “Real” isə Almaniyada yerli “Leyptsiq”lə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
13 fevral
00:00. “Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə) - 1:3
Baş hakim: Xose Maria Martines (İspaniya).
Kopenhagen, “Parken” stadionu
00:00. “Leyptsiq” (Almaniya) – “Real Madrid" (İspaniya) - 0:1
Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina).
Leyptsiq, “RB Arena”
Qeyd edək ki, komandalar arasında cavab görüşləri martın 6-da keçiriləcək.