
Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, günün ikinci matçında “Səbail”lə “Araz-Naxçıvan” üz-üzə gəliblər.
Buna qədər eyni xala malik komandaların duelində qollu bərabərlik qeydə alınıb – 2:2.
Qarşılaşmada hesabı meydan sahibləri açıblar. “Səbail”in ən məhsuldar futbolçusu Aleksandr Ramalinqom fərqlənib. Lakin fasiləyə qədər “Araz-Naxçıvan” nəinki bərabərlik qolunu vurub, hətta önə də keçib. Çempionatın ən məhsuldar yerli futbolçusu Orxan Əliyev qısa müddət ərzində dubla imza atıb. O, 31 və 35-ci dəqiqələrdə meydan sahiblərini cəzalandırıb.
61-ci dəqiqədə dubl etmək növbəsi Ramalinqoma çatıb. Bu, həm də qarşılaşmanın ümumi nəticəsini müəyyənləşdirib. Bərabərliyin ardından hər iki komanda hesabındakı xal sayını 31-ə yüksəldib.
Günün ilk görüşündə “Sabah” doğma arenasında “Kəpəz”i 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun “Sumqayıt” – “Turan Tovuz” və “Neftçi” – “Zirə” oyunları fevralın 18-də keçiriləcək. “Qəbələ” – “Qarabağ” matçı isə ikincilərin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.
-------------------------------------
Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun “Sabah”la “Kəpəz” arasında keçirilib.
“Bank Respublika Arena”da təşkil olunan görüşə qonaqlar erkən qolla başlayıblar. Martins Junior 6-cı dəqiqədə hesabı açıb. Buna baxmayaraq, meydan sahibləri 38-ci dəqiqədə Kahim Parrisin gözəl qolu ilə “status-kvo”nu bərpa ediblər. 55-ci dəqiqədə Cesse Sekidika “Sabah”ı hesabda önə keçirib. 79-cu dəqiqədə gəncəlilər üçüncü dəfə mərkəzə dəvət olunublar. Bu dəfə Kristian Da Silva adını tabloya yazdırıb.
Qarşılaşmada son nöqtəni isə qonaq komanda qoyub. 84-cü dəqiqədə Amil Yunanovun başla zərbəsi qarşısıalınmaz olub. Lakin “Kəpəz”in bundan artığına gücü çatmayıb.
Nəticədə 3:2 hesablı əzmkar qələbə qazanan “Sabah” xallarının sayını 31-ə çatdıraraq, turnir cədvəlində beşinci pilləyə yüksəlib. Doqquzuncu sırada qərarlaşan “Kəpəz” isə 20 xalda qalıb.
Günün ikinci görüşündə “Səbail”lə “Araz-Naxçıvan” qarşılaşacaqlar.
Qeyd edək ki, turun “Sumqayıt” – “Turan Tovuz” və “Neftçi” – “Zirə” oyunları fevralın 18-də keçiriləcək. “Qəbələ” – “Qarabağ” matçı isə ikincilərin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.
-------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək. Əvvəlcə 8-ci yerdəki "Sabah" 9-cu pillədəki "Kəpəz"i qəbul edəcək.
Digər matçda isə 6-cı yerdəki "Araz-Naxçıvan" 5-ci pillədəki "Səbail"in qonağı olacaq.
Azərbaycan Premyer Liqası
XXIII tur
17 fevral (şənbə)
16:00. “Sabah” – “Kəpəz” - 3:2
Qollar: Kahim Parris, 37. Cesse Sekidika, 55. Kristian da Silva, 78 - Martins Junior, 6. Amil Yunanov, 84
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Bank Respublika Arena”
18:30. “Səbail” – “Araz-Naxçıvan” - 2:2 (İKİNCİ HİSSƏ)
Qollar: Aleksandr Ramalinqom, 13; 61 - Orxan Əliyev, 31; 35
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov
“ASCO Arena”
Qeyd edək ki, turun digər iki görüşü fevralın 18-də keçiriləcək. Turun "Qəbələ" - "Qarabağ" oyunu təxirə salınıb.