
“Kvinsi Promes Azərbaycanda keçirilən matçda iştirak etməməlidir”.
Sportnet.az xəbər verir ki, bu sözləri Moskva “Spartak”ının futbolçusu Kvinsi Promesin vəkili İqor Buşmanov deyib.
O, niderlandlı hücumçuya martın 23-də Bakıda “Neftçi” ilə keçiriləcək yoldaşlıq oyununda iştirak etməməyi tövsiyə edib.
Vəkil futbolçunun cinayət işləri ilə bağlı Niderlandla razılaşması olan heç bir ölkəyə getməməsini vurğulayıb.
Qeyd edək ki, Kvinsi Promes narkotik qaçaqmalçılığı ittihamı ilə şərti olaraq 6 il müddətində həbs edilmişdi.