
"Bu gün çox yaxşı oynadıq. Mən futbolçularımın sərgilədiyi oyundan razıyam". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının XXXV turunda "Neftçi" ilə oyundan sonra deyib.
Türkiyəli mütəxəssis 0:0 hesabı ilə bitən matç haqda qisa danışıb və "Neftçi"yə avrokubok yarışında uğur diləyib: "Oyunçularımı təbrik edirəm. Rəqibimiz "Neftçi”yə avrokuboklar matçında uğurlar arzu edirəm”.