İspaniyanın "Real Madrid" klubu Uruqvay "Penyarol"undan 16 yaşlı futbolçu alıb. Sportnet.az-ın "AS"a istinadən məlumatına görə, bu, Federiko Valverdedir.
"Kral klubu"nun yarımmüdafiəçidən ötrü 5 milyon avro xərclədiyi bildirilir. Valverde artıq İspaniya paytaxtına gələrək, tibbi baxışdan uğurla keçib.
Qeyd edək ki, Federiko Valverde "Real Madrid"ə yalnız 2016-cı ilin yayında qoşulacaq. Həmin anadək isə o, "Penyarol"da çıxış edəcək. Daha öncə "kral klubu" Norbeç yığmasının və "Stromsqodset"in 16 yaşlı yarımmüdafiəçisi Martin Edeqoru transfer edib.