Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, “Zirə” və “Qəbələ” komandaları ilk matçlarını birincilərin evində keçiriblər.
Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Hesabı 51-ci dəqiqədə bakılıların qvineyalı hücumçusu Salifu Suma açıb. 15 dəqiqə sonra “Zirə”nin braziliyalı yarımmüdafiəçisi Rafael Utziq sabiq komandasını cəzalandırıb.
Kubokun son qalibi “Qəbələ” 90-cı dəqiqədə fərqi minimuma endirib. Feras Abu Akal cavab matçı ərəfəsində komandasının finala vəsiqə ümidini davam etdirib. Görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər cütdə ötən gün “Qarabağ” “Neftçi”ni səfərdə 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, mərhələnin cavab matçları aprelin 24-də keçiriləcək.
_________________
Bu gün Azərbaycan kubokunda 1/2 final mərhələsinin daha bir matçı keçiriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyunlara Zirədə yekun vurulacaq.
Qəsəbənin eyniadlı klubu “Qəbələ”ni qəbul edəcək. Rəşad Sadıqovun yetirmələri Premyer Liqanın autsayderi ilə səfər görüşünə üstünlüklə yollanmaq üçün qalib gəlməyə çalışacaq. Kubokun son sahibi isə titulunu qorumaq üçün bu səddi də keçməlidir.
Qeyd edək ki, mərhələnin cavab görüşləri aprelin 24-də keçiriləcək.
Azərbaycan kuboku
1/2 final, ilk oyun
19:00. “Zirə” – “Qəbələ” - 2:1
Qol: Salifu Suma, 51
Baş hakim: İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu