Bu gün AFFA-nın inzibati binasında U-19 Liqasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, bu barədə federasiyanın rəsmi saytı xəbər verib.
Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, futbol veteranı Rüstəm Rəhimov, Azərbaycan milli komandasının və "Qarabağ” klubunun üzvü Qara Qarayev təqdim ediblər.

Qeyd edək ki, U-19 Liqasının 2014/2015-ci il mövsümünün qalibi "Rəvan” komandası olub. "Simurq” ikinci, "Qəbələ” üçüncü yeri tutub.