"Sumqayıt" yeni mövsüm üçün transfer çalışmalarına start verib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda iki futbolçusu ilə müqaviləni uzadıb.
İlk olaraq Vurğun Hüseynovla yeni şaziş imzalayıb. Adıçəkilən futbolçu daha bir il "Sumqayıt"ın şərəfini qoruyacaq.
Onunla yanaşı dayaq yarımmüdafiəçisi Murad Ağayevlə də yeni müqavilə imzalayıb. 22 yaşlı futbolçu 2016/17 mövsümün sonuna qədər "Sumqayıt"da çıxış edəcək.
Qeyd edək ki, Vurğun Hüseynov cari mövsümdə "Sumqayıt"ın heyətində Premyer Liqada ümumilikdə 28 qarşılaşmada 2437 dəqiqə meydanda olub, Murad Ağayev isə 15 qarşılaşmada 1031 dəqiqə meydanda olub və 1 qol vurub.